Yüksəl İlqar oğlu Əlizadə (5 iyun 1996; Qazax Azərbaycan – 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Yüksəl Əlizadə | |
---|---|
Yüksəl İlqar oğlu Əlizadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Gəncə şəhəri, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Yüksəl Əlizadə 1996-cı il iyunun 5-də Qazaxda anadan olub.[1] Atası — uzun illər bir sıra şəhər və rayon Prokurorluğlarında çalışan İlqar Əliyevdir. Anası — Gəncə Dövlət Universitetinin (GDU) Kafedra müdiri Sevda Kazımovadır. Orta təhsilini Gəncə şəhərində alıb. Ali təhsilini isə Baкı Dövlət Universitetində (BDU) "Tarix" ixtisası üzrə alıb. Ali təhsilini bitirəndən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduğdan sonra isə Naxçıvan Dövlət Universitetində (NDU) "Hüquq" ixtisası üzrə distant ali təhsil almağa başlayıb. Tələbə idi. Subay idi.
Ailəsi Gəncə şəhərində yaşadığı üçün Yüksəl Əlizadə Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Yüksəl Əlizadə 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-nin Gəncə Şəhər Kəpəz Rayon şöbəsinə müraciət edib və sentyabrın 21-də təlimlərə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yüksəl Əlizadə noyabrın 9-da Xocavəndin azad edilməsi zamanı 19 güllə yarası ilə şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]