Taleh Həşim oğlu Muxtarov (1 dekabr 1985; Kəlbəcər rayonu, Azərbaycan SSR — 18 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Taleh Muxtarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kəlbəcər rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Dəfn yeri | Goranboy rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Taleh Muxtarov 1985-ci il dekabrın 1-də Kəlbəcər rayonunun Kəndyeri kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun əsgəri olan Taleh Muxtarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Taleh Muxtarov oktyabrın 7-də Ağdərə istiqamətində şəhid olub. Goranboy rayonu Xanqərvənd kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Muxtarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]