İsmayıl David oğlu Mehdiyev (23 yanvar 2002, Bakı – 7 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, kursant, İkinci Qarabağ müharibəsi şəhidi.
İsmayıl Mehdiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 yanvar 2002(2002-01-23) |
Doğum yeri | |
Vəfat tarixi | 7 noyabr 2020(2020-11-07) (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2022 2020 2020 |
İsmayıl Mehdiyev 23 yanvar 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] Əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindən idi. Orta məktəbdə bir müddət təhsil aldıqdan sonra 2016-2019-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. İsmayıl Mehdiyev 2019-cu ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alırdı.[2]
İsmayıl Mehdiyev kursant olduğu halda 2020-ci ilin mayından ərizə yazaraq təhsilini müvəqqəti dayandırıb cəbhə bölgəsində xidmət etməyə başlamışdı.[3]
Azərbaycan Ordusunun əsgəri olan İsmayıl Mehdiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İsmayıl Mehdiyev 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. 12 dekabr 2020-ci ildə nəşi tapılmış və İkinci Şəhidlər Xiyabanında dəfn olunmuşdur.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Mehdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.06.2022-ci il tarixli Sərəncamına əsasən İsmayıl Mehdiyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[7]