Elməddin Hümbət oğlu Cəfərov (21 sentyabr 1987, Şorabad, Xızı rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Elməddin Cəfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 sentyabr 1987(1987-09-21) |
Doğum yeri | |
Vəfat tarixi | 8 oktyabr 2020(2020-10-08) (33 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Gizir |
Döyüşlər | |
Təltifləri | 2020 2020 2020 2020 |
Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalının Ağkənd kəndindən olan Elməddin Cəfərov 21 sentyabr 1987-ci ildə Xızı rayonunun Şorabad qəsəbəsində dünyaya gəlmişdir. Orta təhsilini Şorabad qəsəbəsində Məmməd Arif Dadaşzadə adına tam orta məktəbdə alıb.
Ailəli idi, 2 övladı var:
Cəfərzadə Sevgi Elməddin qızı (29 sentyabr 2013);
Cəfərzadə Hümbət Elməddin oğlu (26 sentyabr 2015);
2005-ci ilin payızında milli ordumuzun sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılmış və Gəncə şəhəri "N" saylı hərbi hissədə xidmət etmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində təhsil alaraq "Gizir" hərbi rütbəsi alıb və həmin ildən xidmətini davam etdirmişdir. 2016-cı il Aprel döyüşlərində fəal iştirak etmişdir. 2017-ci ildə təyinatı Müşfiq qəsəbəsində yerləşən "N" saylı hərbi hissəyə verilmişdir və həmin hərbi hissədən 27.09.2020-ci ildə Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda başladılan "Vətən Müharibəsi"ndə iştirak etmişdir.
Elməddin 27 sentyabr döyüşlər başlayan ilk gündən ön cəbhədə vuruşub. Onların dəstəsi ilk dəfə 4 oktyabr tarixində pusquya düşürülür, lakin Elməddin və silahdaşları bu pusqudan sağ salamat çıxa bilirlər. O, yaralı komandirini 12 km məsafədə mərmi yağışı altında, heç bir qorxu bilmədən, öz çiyinlərində təhlükəsiz əraziyə çıxartmışdır. İkinci dəfə 8 oktyabrda pusquya düşən dəstə böyük itkilər verir. Elməddin Cəfərov aldığı qəlpə yaralarından şəhidlik zirvəsinə yüksəlir.