Vidadi Vaqif oğlu Xəlilov (16 iyul 1982, Göyçay – 30 oktyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Vidadi Xəlilov "Qubadlı Fatehi" | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Qubadlı Fatehi |
Doğum tarixi | 16 iyul 1982 |
Doğum yeri | |
Vəfat tarixi | 30 oktyabr 2020 (38 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Göyçay Şəhidlər Xiyabanı |
Dəfn tarixi | 31 oktyabr 2020 |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2003–2020 |
Rütbəsi | Polkovnik-leytenant |
Komandanlıq edib | |
Döyüşlər |
Aprel döyüşləri Tovuz döyüşləri İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Laçın döyüşləri |
Təltifləri |
Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub.[1] 1999–2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı oğlu Vaqif (Əli) Xəlilzadə, Qızı Zəhra Xəlilzadə[2]
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Xəlilov oktyabrın 30-da Laçın döyüşləri zamanı şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[7]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021 tarixli sərəncamı ilə, Vidadi Xəlilov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[8]