Tural Arif oğlu Məmmədov (1 may 1995, Sincan, Oğuz rayonu və ya Oğuz rayonu – 29 oktyabr 2020, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, 2-ci Qarabağ müharibəsinin şəhidi.
Tural Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sincan, Oğuz, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Sincan, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013–2020 |
Rütbəsi | Gizir |
Vəzifəsi | Tank komandiri |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Ağdərə döyüşləri |
Təltifləri | 2022 2020 |
Tural Məmmədov 1 may 1995-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olub. 2001-ci illərdə şəhid Əsabəli Abdulhüseynov adına Sincan kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə məktəbi bitirmişdir.
Tural Məmmədov 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Əsgəri xidmətini başa vursa da Azərbaycan Ordusunda xidmətini davam etdirmişdir. Tural Məmmədov 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin giziri Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. Tural Məmmədov Suqovuşanın, Talış kəndinin azad olunması uğrundakı döyüşlərdə iki dəfə yaralanmış, həkimdən icazəsi olmasına baxmayaraq yenidən döyüşlərə qatılıb və oktyabrın 29-da Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Tural Məmmədov oktyabrın 29-da Oğuz rayonunun Sincan kəndində dəfn olunmuşdur.[1]