Əliyev İbrahim 1997-ci il 17 fevral-da Kəngərli rayonunun Qabıllı kəndinə anadan olub.[1] 2003 -2011-ci illərdə Qabılı kənd tam orta məktəbində, 2011–2014-cü ildə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb.2014–2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində(AAHM) ali hərbi təhsil alıb. Subay idi.
2018-ci ildə Ali hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib leytenant kimi şərəfli xidmətinə başlayır. Xidməti zamanı da bir çox müvəffəqiyyətlərə imza atır. "Azərbaycan Ordusunun yaranmasının 100 illiyi" medalına, diplom və sertifikatlara layiq görülür. 2020-ci ildə Türkiyədə keçirilən xüsusi kəşfiyyat kursunu da uğurla tamamlayıb Vətənə qayıdır.Azərbaycan Ordusunun leytenantı olan Əliyev İbrahim 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı İbrahim sentyabrın 30-u Suqovuşan istiqamətində şəhidlik zirvəsinə yüksəlir.Lakin nəşi 70 gün sonra tapılır, dekabrın 7-də göz açdığı doğma Qabıllı kəndində torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
2020-ci ildə, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərməsinə görə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor İbrahim Əliyev, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.[3]
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
— "Suqovuşanın azad olunmasına görə" medalı[3]