Fərid Hamlet oğlu Əliyev (d. 22 mart 2001; Kürdmaşı, İsmayıllı, Azərbaycan — ö. 28 sentyabr 2020; Horadiz, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Fərid Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdmaşı, İsmayıllı, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Horadiz, Füzuli, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Kürdmaşı, İsmayıllı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Fərid Əliyev 22 mart 2001-ci ildə İsmayıllı şəhər Kürdmaşı kəndində anadan olmuşdur. 2007-ci ildə C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbinə daxil olmuşdur. 2018-ci ildə məktəbi bitirmişdir. 2018-ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin "Turizm və Onun Təşkili" ixtisası üzrə qəbul olunmuşdur. 2019-cu ildə təhsilinə fasilə verərək hərbi xidmətə getmişdir.
Subay idi,
atası Əliyev Hamlet C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbin Biologiya müəllimidir.
anası Vəliyeva Rəna həmin məktəbin İngilis dili müəllimidir.
Azərbaycan Ordusunun əsgəri olan Fərid Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur.[1] Fərid Əliyev sentyabrın 28-də doğulduğu İsmayıllı rayonunun Kürdmaşı kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.