Əli Həsən oğlu Babayev (14 yanvar 1997, Danyeri, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan – 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Əli Babayev | |
---|---|
Əli Həsən oğlu Babayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Danyeri, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Əli Babayev 1997-ci il noyabrın 14-də Şərur rayonunun Danyeri kəndində anadan olmuşdur.[1] 2004-cü ildə Şərur rayon Danyeri kənd tam orta məktəbinə daxil olmuşdur.
2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi məktəbə daxil olmuşdur. 2016-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2016-cı ildə Azərbaycan Ali Hərbi Məktəbə daxil olmuşdur. 2020-ci ilin iyul ayında leytenant rütbəsi almışdır. 27 sentyabr İkinci Qarabağ müharibəsi başlayan zaman ilk hərbi dəstədə iştirak etmiş və müharibənin ilk günü həlak olmuşdur.[1]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[3]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əli Babayev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[4]