Asif Həsrət oğlu Rəhimov (17 aprel 1993; Çayqaraqoyunlu, Şəki rayonu, Azərbaycan — 3 noyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Asif Rəhimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çayqaraqoyunlu, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Ağdərə, Azərbaycan |
Dəfn yeri | Çayqaraqoyunlu, Şəki rayonu, Azərbaycan |
Dəfn tarixi | 9 noyabr 2020 |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Həsrət Rəhimov |
Anası | Könül Rəhimova |
Təhsili | orta |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2011—2013 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2021 2020 |
Asif Rəhimov 17 aprel 1993-cü ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində Həsrət Rəhimovun və Könül Rəhimovanın ailəsində anadan olmuşdur.[1] 2000-ci ildə Şəki rayon Çayqaraqoyunlu kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2011-ci ildə məktəbin 11-ci sinfini bitirmişdir. Ailəli idi, Kənan adlı 3 yaşlı oğlu və Yağmur adlı 1 yaşlı qızı var.
Asif Rəhimov 2011-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2013-cü ilin aprel ayında hərbi xidmətdən tərxis olunaraq mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ilin yanvar ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrin birində müddətdən artıq hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Asif Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Asif Rəhimov 3 noyabr 2020-ci ildə Madagizin azad edilməsi gedişatında Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 noyabr 2020-ci ildə cənazəsi doğulduğu Şəki rayonunun Çayqaraqoyunlu kəndində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Rəhimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asif Rəhimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[4]