Sultan Mikayıl oğlu İbrahimov (24 aprel 1996; Salyan, Azərbaycan — 24 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Sultan İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Salyan, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Zəngilan rayonu, Azərbaycan |
Dəfn yeri | Salyan, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | K/gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Zəngilanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Sultan İbrahimov 1996-cı il aprelin 24-də Salyan şəhərində anadan olub.[1] Salyan şəhəri 1 saylı humanitar təmayüllü məktəb-liseyi bitirdikdən sonra 2013-2016-cı illərdə təhsilini Bakı Biznes və Kooperasiya Kollecində davam etdirib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Sultan İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sultan İbrahimov oktyabrın 24-də Zəngilanın azad edilməsi zamanı Ağbənd istiqamətində şəhid olub. Salyan şəhərində dəfn olunub.