Əli Rzalı (tam adı: Əli Nuru oğlu Rzalı; 17 aprel 2002, Bilnə, Yardımlı rayonu – 2 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əli Rzalı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 aprel 2002(2002-04-17) |
Doğum yeri | |
Vəfat tarixi | 2 oktyabr 2020(2020-10-02) (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Əli Rzalı 2002-ci il aprel 17-də Yardımlı rayonunun Bilnə kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun əsgəri olan Əli Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Əli Rzalı oktyabrın 2-də şəhid olub. Yardımlı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rzalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Kəlbəcər uğrunda döyüşlərdə — Koroğlu postunda qəhrəmanlıqla həlak olub.
Tanınmış jurnalist Elşad Paşasoyun bacısı oğludur.[3]