Əli Yağınəli oğlu Rüstəmov (15 avqust 1992; Çünzəli, Cəlilabad rayonu, Azərbaycan — 8 oktyabr 2020; seyidəhmədli, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əli Rüstəmov | |
---|---|
Əli Yağınəli oğlu Rüstəmov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Çünzəli, Cəlilabad rayonu, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Çünzəli, Cəlilabad rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Zəhra Rüstəmova |
Atası | Yağınəli Rüstəmov |
Anası | Elmira Rüstəmova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 |
Rütbəsi | Kiçik çavuş |
Vəzifəsi | Rabitəçi |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrut döyüşləri |
Təltifləri | 2020 2020 |
Əli Rüstəmov 1992-ci il avqustun 15-də Cəlilabad rayonunun Çünzəli kəndində anadan olub.[1] 1997-ci ildə Atası beş yaşlı Əlini özü ilə Rusiyaya aparır. Atası ilə yaşayan Əli məktəbi orada oxumağa başlayır. Əli 2004-cü ildə yenidən Azərbaycana qayıdır və təhsilini doğulduğu kənddə davam etdirməyə başlayır.
Naxçıvan M. R da n saylı hərbi hissədə xidmət etmişdir. Xidmətini uğurla, tərifnamə ilə başa vurur və öz doğma kəndinə qayıdır. Kəndə qatıdıqdan bir neçə müddət sonra yenidən Rusiyaya qayıdır və orda aşbaz olaraq işləməyə başlayır. O, həmçinin, ı Əlbəyaxa döyüş növü üzrədə özünü inkişaf etdirir. Şəhərlər arası yarışlarda iştirak edən Əli bir neçə birincilik medalı ilə təltif olunur. Altı il Rusiyada yaşayan Əli 13 sentyabr 2016-cı ildə Zəhra xanım ilə nişanlanır. Üç il boyunca nişanlı qalan Əli Rüstəmov 19 fevfal 2020-ci il tarixində Azərbaycana qayıdır. Mart ayının 13-də nişanlısı ilə evlənir. Yenidən həyat yoldaşı ilə Rusiyaya qayıtmağı arzu edən Əli , pandemiya ilə əlaqədar olaraq, ölkədən gediş-gəlişi bağlı olduğu, üçün bu arzusu həyata keçmir.
Polad Həşimovun ölümündən sonra adını könüllülər siyahısına yazdıraraq Əli Rüstəmov Cəbhəyə yollanmaq qərarına gəlir. Könüllülər siyahısına yazılsada cəbhəyə yollana bilməyən Əli avqust ayının sonlarında MAHHX də işləmək üçün müraciət etdir. Sentyabr ayının birində hərbi xidmətə yolanır.
Əli 26 sentyabr döyüşə yollanır. İlk ömcə Füzulinin azadlığı sonra Cəbrayılın azadlığı uğrunda müharibələrdə iştirak edir. Cəbrayıl şəhərini işğaldan azad edən Həmlə batalyonunun əsgərlərindən biri olan Əli yenidən Füzuli şəhərinə qayıdır. Ağır döyüşlərdə iştirak edir. Döyüşdə Manqa komandiri və Rabitəçi olur, 8 oktyabr Füzulinin Seyidəhmədli kəndində böyük bir istehkamla üzləşən Həmlə batalyonunun Əli daxil olmaqla 25 əsgəri, polkovnik və zabitləri ölür.
İyirmi üç gün sonra onun nəşi ailəsinə təhvil verilir.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Əli Rüstəmov oktyabr 9-da Hadrutun azad edilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Rüstəmov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]