Təbriz Rəsulzadə (tam adı: Təbriz Əfrayim oğlu Rəsulzadə; 1993 və ya 5 fevral 1993, Cəlayir, Qax rayonu – 2020 və ya 27 sentyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Təbriz Rəsulzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qax, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Suqovuşan döyüşü |
Təltifləri | 2020 2020 |
Təbriz Rəsulzadə 1993-cü il fevralın 5-də Qax rayonunun Cəlayir kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun baş leytenantı olan Təbriz Rəsulzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Təbriz Rəsulzadə sentyabrın 27-də Madagizin azad edilməsi zamanı şəhid olub. Qax rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Rəsulzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2] Prezident İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamı ilə Təbriz Rəsulzadə, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirməsinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənməsinə görə ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edildi.[3]