Kənan Həsənov (əsgər)

Kənan Zirəddin oğlu Həsənov (1 yanvar 2001; Göygöl, Azərbaycan12 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Kənan Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Göygöl, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Füzuli, Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Təltifləri "Vətən uğrunda" medalı — 2020"Cəsur döyüşçü" medalı — 2020

Kənan Həsənov 1 yanvar 2001-ci ildə Göygöl rayonunun Şəhriyar kəndində anadan olmuşdur.[1] 2006-ci ildə Lətif Məhərrəmov adına Göygöl rayonu Şəhriyar kənd tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Subay idi.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2019-cu ilin iyul ayından "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Kənan Həsənov 12 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.