Şahgündüz Habil oğlu Cabbarov (13 yanvar 1995, Mollalı, Bərdə rayonu – 25 oktyabr 2020, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Şahgündüz Cabbarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 yanvar 1995(1995-01-13) |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 2020(2020-10-25) (25 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Qəlpə yarası |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016-2017, 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 2021 2020 20202021 |
Şahgündüz Cabbarov 13 yanvar 1995-cü ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub. Əslən Laçın rayonunun Oğuldərə kəndindəndir. Bərdənin Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft və mədən fakültəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmət zamanı göstərdiyi nizam-intizama görə korpus komandiri Mais Bərxudarov tərəfindən fəxri fərmanla təltif edilib. Hərbi xidmətdən geri döndükdən sonra Azərbaycan Dövlət Neft Şirkətində qazmaçı kimi işə başlayır.
2016-2017-ci illərdə "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Şahgündüz Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü döyüşlərə yollanaraq, Füzulinin, Cəbrayılın, Qubadlının,Hadrutun,Tuğun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Şahgündüz Cabbarov 25 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə qəlpə yarasından şəhid olmuşdur.
Şəhid Xəzər rayonu, Binə sovxoz qəbiristanlığında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" "Cəsur Döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
2021-ci ildə Şahgündüz Cabbarovun "Gözləyin dağlar, gəlirəm" adlı kitabı Qanun nəşriyyatında çap olunub.