Rövşən Əli oğlu Nurzadə (24 mart 1975; Sumqayıt, Azərbaycan SSR — 6 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Rövşən Nurzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan SSR |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Rövşən Nurzadə 1975-ci il martın 24-də Sumqayıt şəhərində anadan olub.[1] Əslən Ağsu rayonundan idi. Onun atası — Milli Dram Teatrının sənətçisi, Azərbaycanın xalq artisti Əli Nurdur. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almışdır. Ailəli idi.
Rövşən Nurzadə Hərbi Akademiyada təhsil aldıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Azərbaycan-Ermənistan təmas xəttində yerləşən "N" saylı hərbi hissədə "leytenant" rütbəsi ilə xidmətə başlayıb. 10 il xidmətindən sonra "baş leytenant" rütbəsi ilə ordudan tərxis olunur.
Azərbaycan Ordusunun baş leytenantı olan Rövşən Nurzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq Cəbrayılın, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Nurzadə noyabrın 6-də Şuşanın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Nurzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Nurzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Nurzadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Nurzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Nurzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[6]