Ceyhun Zirəddin oğlu Mirzəyev (12 avqust 1996, Əyyublu, Tovuz rayonu – 9 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ceyhun Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əyyublu, Tovuz rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Laçın rayonu, Azərbaycan |
Dəfn yeri | Əyyublu, Tovuz rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2014–2016; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi • Laçın döyüşləri |
Təltifləri | 2020 2020 2020 |
Ceyhun Mirzəyev 1996-cı il avqustun 12-də Tovuz rayonunun Əyyublu kəndində anadan olub.[1] 2002–2013-cü illərdə adına E. Bayramov adına Əyyublu kənd tam orta məktəbində təhsil alıb. Subay idi.[2]
Ceyhun Mirzəyev 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Ceyhun Mirzəyev 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ceyhun Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilan, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ceyhun Mirzəyev noyabrın 9-da Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Əyyublu kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Mirzəyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ceyhun Mirzəyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]