Namiq Mailov (baş leytenant)

Namiq Abış oğlu Mailov (29 aprel 1983; Biləsuvar rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, tank bölüyünün komandiri, İkinci Qarabağ müharibəsi şəhidi.[1][2]

Namiq Mailov
Namiq Abış oğlu Mailov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Biləsuvar rayonu, Azərbaycan SSR
Vəfat tarixi (37 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri Biləsuvar rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Baş leytenant
Döyüşlər Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı "İgidliyə görə" medalı

Namiq Mailov 1983-cü ildə Biləsuvar rayonunda anadan olub. 2007-ci ildə hərbi məktəbdə gizirliyi oxuyub, tank komandiri kursunu bitirərək Naxçıvana yola düşüb. Ailəli idi, iki oğlan övladı var.[2]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə könüllü olaraq Füzuli rayonuna tank taboruna göndərilib. 2015-ci ildə nümunəvi xidmətini nəzərə alaraq zabit kurslarına göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsi ilə bölük komandiri kimi döyüşlərdə iştirak edərək yaralanır. Aprelin 3-də yaralanmasına baxmayaraq qısa bir zamanda sağalaraq yenidən xidmətə qayıdır. Aprel döyüşləri veteranı idi. 27 sentyabrda başlayan döyüşlər zamanı bölük komandiri idi. Sentyabrın 27-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qorxmadan düşmənin üzərinə atılaraq düşmənin ön cəbhə xəttini yaran Namiq Mailov düşmənin bir neçə istehkam məntəqəsini və texnikasını məhv edir. Füzuli istiqamətində bir neçə kənd irələdikdən sonra gedən şiddətli döyüşlərdə canına bərabər tutduğu tankı ilə birlikdə qəhrəmancasına şəhid olur. Namiq Mailov oktyabrın 1-də doğulduğu Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılır.[2]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Mailov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Mailov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Namiq Mailov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[5]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycanın Müdafiə Nazirliyi). 08.12.2020. 2020-12-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
  2. 1 2 3 4 5 6 7 "Vətən Müharibəsinin ilk günündə şəhid olan qəhrəman tankçı". 16.12.2020. 2021-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.01.2020.
  3. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". 25.12.2020. 2020-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  5. 1 2 Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "İgidliyə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.