Orxan Mehman oğlu Mirzəyev (15 sentyabr 1993, Zəhmətabad, Biləsuvar rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Orxan Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1993 |
Doğum yeri | |
Vəfat tarixi | 7 noyabr 2020 (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Mehman Mirzəyev |
Anası | Sevda Zeynalova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Rütbəsi | Çavuş |
Vəzifəsi | sürücü, atıcı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Orxan Mirzəyev 15 sentyabr 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində Mehman Mirzəyevin və Sevda Zeynalovanın ailəsində anadan olmuşdur.[1] 1999–2010-cu illərdə şəhid Ənvər Rəhmətov adına Biləsuvar rayon Zəhmətabad kənd tam orta məktəbində orta təhsil almışdır. Nişanlı idi.
Orxan Mirzəyev 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Çağırışa əsasən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2013-cü ildə hərbi xidmətdən tərxis olunduqdan sonra yenidən orduya qayıtmaq üçün "Müddətdən artıq həqiqi hərbi xidmət" kurslarına daxil olmuşdur. Kursları bitirən Orxan Mirzəyev 2013-cü ildən Azərbaycan Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət etmişdir. Hərbi xidməti zamanı fərqləndiyinə görə rəhbərlik tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş, "çavuş" rütbəsi almışdır.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Orxan Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində xüsusi təyinatlı dəstənin sürücü-atıcısı olaraq iştirak etmişdir. Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Orxan Mirzəyev 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 10 noyabr 2020-ci ildə doğulduğu Biləsuvar rayonunun Zəhmətabad kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Mirzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]