Kamran Rasim oğlu Əliyev (28 iyul 2001, Aşağı Nüvədi, Lənkəran rayonu – 12 oktyabr 2020, Ağdam rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Kamran Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 iyul 2001(2001-07-28) |
Doğum yeri | |
Vəfat tarixi | 12 oktyabr 2020(2020-10-12) (19 yaşında) |
Vəfat yeri | Agdam |
Vətəndaşlığı | |
Atası | Əliyev Rasim |
Anası | Abbasova Elnarə |
Hərbi fəaliyyəti | |
Rütbəsi | əsgər |
Döyüşlər |
Xocavənd Agdam |
Təltifləri | 2020 2020 |
28 iyul 2001-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində doğulub.[1]
Şəhid Kamran Əliyev yazıçı-dramaturq Əyyub Qiyasın əmisi nəvəsidir.
Kamran Əliyev 12 oktyabr 2020-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamran Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]