Fuad Mərdan oğlu Tağıyev (1 noyabr 1996; Ətcələr, Sabirabad rayonu, Azərbaycan — 28 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Fuad Tağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ətcələr, Sabirabad, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Ətcələr, Sabirabad, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2014—2020 |
Rütbəsi | K/gizir |
Döyüşlər | |
Təltifləri |
Fuad Tağıyev 1996-cı il noyabrın 1-də Sabirabad rayonunun Ətcələr kəndində anadan olub.[1] 2014-cü ildə Sabirabad rayon Ətcələr kənd tam orta məktəbindən məzun olmuşdur.
Fuad Tağıyev 2014-2016-cı illərdə əvvəlcə, Azərbaycan Silahlı Qüvvələrinin, sonra Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətli hərbi xidmət qulluqçusu olmuşdur. 2016-cı ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq xidmət edirdi. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.
Fuad Tağıyev 2018-ci ildə "kiçik gizir" rütbəsi ilə xidmətini davam etdirmişdir. 2019-cu ildə “28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illik yubileyi“ münasibətilə döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə və 2020-ci ildə də isə qış tədris dövründə nizam-intizamda, döyüş və ictimai-siyasi hazırlıqlarda göstərdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunmuşdur.
Azərbaycan Ordusunun kiçik giziri olan Fuad Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın, Füzulinin, Cəbrayılın, Zəngilanın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fuad Tağıyev oktyabrın 28-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Sabirabad rayonunun Ətcələr kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fuad Tağıyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[7]