Nurlan Hamlet oğlu Mustafayev (22 iyul 1990, Sumqayıt – 12 oktyabr 2020, Hadrut) — Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Nurlan Mustafayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Xocavənd, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2008—2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrut döyüşləri • Hadrutun azad edilməsi |
Təltifləri |
Nurlan Mustafayev 1990-cı il iyulun 22-də Hamlet və Rahilə Mustafayevlərin ailəsində anadan olub.[1] 2005–2008 c illərdə C.Naxçıvanski adına Hərbi Liseydə, 2008–2013 illərdə isə AAHM-də təhsil alıb. 2010–2013 cü illərdə Almaniya Federativ Respublikasının Ali Hərbi Məktəbində təhsil alıb. 4 xarici dil bilirdi. Ailəli idi. Nurlan adlı oğul övladı Vətənə əmanət qalıb.[2]
1997–2005-ci illərdə Nəsimi rayonunun P. Saleh adına 159 nömrəli tam orta məktəbində, 2005–2008-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008–2012-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM), 2010–2013-cü illərdə isə Almaniyada Hərbi Liseydə "Motoatıcı" ixtisası üzrə ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Nurlan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nurlan Mustafayev oktyabrın 12-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[4]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Nurlan Mustafayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[8]
Haqqında 2022-ci ildə "Ruhən şəhid ananın nurlanmış xatirələri" kitabı çap edilib[9].