Ələkbər İsgəndər oğlu Ələsgərov (3 sentyabr 1998; Bakı, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi[1].
Ələkbər Ələsgərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Hökməli qəbiristanlığı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2017/2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Ələkbər Ələsgərov 3 sentyabr 1998-ci ildə Bakı şəhərində Kubinkada anadan olmuşdur. 2015-ci ildə Mikayıl Müşfiq adına 18 saylı məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan dənizçilik kollecinə daxil olmuşdur.[2] Nişanlı idi.
Ələkbər Ələsgərov 2015-2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqan rayon N saylı hərbi hissədə top komandiri olaraq həqiqi hərbi xidmət çəkmişdir.[3]
Ələkbər Ələsgərov general Polad Həşimov'un ölümündən sonra könüllü orduya yazılmışdır. Ələkbər Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə savaşıb. Ələkbər Ələsgərov 1 oktyabr 2020-ci ildə Füzulinin Alxanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Hökməli qəbiristanləğında dəfn edilib. Polkovnik-leytenant Zaur Cəfərov Ələkbərin xatirəsinə onun ad soyadını tankın üzərinə yazmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ələkbər Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Şəhid Ələkbər Ələsgərova məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.[6]