Rövşən İbrahim oğlu Əliyev (2 oktyabr 1971, Velədi, Lənkəran rayonu – 28 sentyabr 2020, Füzuli rayonu) — tank mexaniki vəzifəsində çalışan Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rövşən Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1992—2020 |
Rütbəsi | Əsgər (ehtiyatda) |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 |
Rövşən Əliyev 1971-ci il oktyabrın 2-də Lənkəran rayonunun Velədi kəndində anadan olub.[1]
Rövşən Əliyev 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Tank və Artilleriya bölmələrinin heyətində tank mexaniki vəzifəsində çalışırdı.
Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Rövşən Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin tanklarının saz vəziyyətə gətirilməsində xidməti olan bölmələrin heyətində yer alıb. Rövşən Əliyev sentyabrın 28-də Füzuli rayonu ərazisində şəhid olub. Qaradağ rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]