Fuad Nazim oğlu Əlizadə (25 iyun 1994, Kolanı, Naxçıvan Muxtar Respublikası – 7 noyabr 2020, Laçın dəhlizi, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş-leytenantı, Vətən Müharibəsinin şəhidi.[1]
Fuad Əlizadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 iyun 1994 |
Doğum yeri | |
Vəfat tarixi | 7 noyabr 2020 (26 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2015 – 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Laçın döyüşləri |
Təltifləri |
![]() ![]() ![]() ![]() ![]() ![]() |
Fuad Əlizadə 1994-cü il iyunun 25-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. İlk təhsilini Naxçıvan şəhər 17 saylı məktəbdə almışdır. 2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbidə ali təhsil alıb.
Fuad Əlizadə 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Aprel döyüşlərindən qayıtdıqdan sonra 2016-ci ilin may ayında Murovdağ zirvəsində 4 il müddətində sinəsini sipər etmişdir. 2018-ci ildə baş leytenat rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin fevral ayından 777 saylı hərbi hissədə xidmət etmişdir.
Azərbaycan Ordusunun baş leytenantı olan Fuad Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi Cəbrayılın, Qubadlının və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fuad Əlizadə noyabrın 7-də Laçın dəhlizi uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əlizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əlizadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Əlizadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.