Paşa Ehtibar oğlu Mehdiyev (24 noyabr 1978; Füzuli rayonu, Azərbaycan SSR — 7 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Paşa Mehdiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dövlətyarlı, Füzuli, Azərbaycan SSR |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2000—2020 |
Rütbəsi | Baş gizir |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Paşa Mehdiyev 1978-ci il noyabrın 24-də Füzuli rayonunun Dövlətyarlı kəndində anadan olub.[1]
Paşa Mehdiyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Aprel döyüşləri zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun baş giziri olan Paşa Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Paşa Mehdiyev oktyabrın 3-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Paşa Mehdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Paşa Mehdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]