Əli Ələsgər oğlu Əliyev (6 iyun 1997; Aşağı Yağlıvənd, Füzuli rayonu, Azərbaycan — 6 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Əli Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Aşağı Yağlıvənd, Füzuli rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Ələsgər Əliyev |
Anası | Şərqiyyə Əliyeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2017 / 2020 |
Rütbəsi | Kiçik çavuş |
Vəzifəsi | manqa komandiri |
Döyüşlər | |
Təltifləri |
Əli Əliyev 6 iyun 1997-ci ildə Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində Ələsgər Əliyevin və Şərqiyyə Əliyevanın ailəsində anadan olmuşdur.[1] 2003-2008-ci illərdə Füzuli rayon Aşağı Yağlıvənd kənd tam orta məktəbində, 2008-2012-ci illərdə Abşeron rayon Qobu qəsəbə orta məktəblərindən birində təhsil almışdır. 2012-2014-cü illərdə qaynaqçılıq ixtisası üzrə peşə təhsilini başa vurmuşdur. Subay idi.
Əli Əliyev 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlərdə Əli Əliyev atıcı olaraq vuruşmuşdur. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.
Döyüşlərdən sonra Əli Əliyev "kiçik çavuş" rütbəsində xidmət etmişdir. 2017-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur və mülki fəaliyyətinə davam etmişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Əli Əliyev səfərbər olunmuşdur. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Əli Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində manqa komaniri olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin, Füzulinin, Qubadlının, Zəngilanın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əli Əliyev 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əli Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]