Təbriz Ramiz oğlu Qasımov (16 fevral 1993, Yemişanlı, Qəbələ rayonu – 6 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Təbriz Qasımov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 fevral 1993(1993-02-16) |
Doğum yeri | |
Vəfat tarixi | 6 noyabr 2020(2020-11-06) (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Aysel Qasımova |
Uşağı | Fatimə Qasımova |
Atası | Ramiz Qasımov |
Anası | Dilarə Qasımova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2015—2018 |
Rütbəsi | Gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 20202020 |
Təbriz Qasımov 16 fevral 1993-cü ildə Qəbələ rayonu Yemişanlı kəndində anadan olmuşdur.[1] 1999-2008-ci illərdə Şükran Eyvazov adına Yemişanlı kənd tam orta məktəbində təhsil almış, ardınca Şəki Pedaqoji Kollecində İbtidai sinif müəllimi ixtisasına üzrə təhsilini davam etdirmişdir. Q. Təbriz 2011-ci ildə həmin kolleci bitirmişdir.
Ailəli idi,Aysel Qasimova adli yoldasi ve Fatimə adlı övladı Vətənə yadigar qalıb.
Qasımov Təbriz 2012-ci ildə Sumqayıt Şəhərinin “N” Saylı hərbi hissəsində xidmət etmişdir. O, 2013–cü ildə hərbi hissədən tərxis olunduqdan sonra həmin hərbi hissədə qalaraq, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətini davam etdirmişdir. 2015-2018-ci illərdə qədər Daxili Qoşunlarda gizir rütbəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun giziri olan Təbriz Qasımov, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü iştirak etmiş, Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Təbriz Qasımov 6 noyabrda Hadrutun azad edilməsi zamanı qəhrəmancasına həlak olmuşdur․
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Təbriz Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]