Əli Zeynal oğlu Məmmədov (13 aprel 2000; Yevlax, Azərbaycan — 9 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Əli Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yevlax, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Yevlax Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2018—2020 |
Rütbəsi | K/gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Əli Məmmədov 2000-ci il aprelin 13-də Yevlax şəhərində Zeynal və Almaz Məmmədovların ailəsində anadan olub.[1] Subay idi.
Əli Məmmədov 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Məmmədov oktyabrın 9-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]