Cavanşir Əhmədov (əsgər)

Cavanşir Əhmədov (6 may 2001, Xırdalan4 noyabr 2020, Laçın) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Cavanşir Əhmədov
Cavanşir Elxan oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 6 may 2001(2001-05-06)
Doğum yeri
Vəfat tarixi 4 noyabr 2020(2020-11-04) (19 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
Qubadlının azad edilməsi
Zəngilanın azad edilməsi
Laçın döyüşləri
Təltifləri

"Vətən uğrunda" medalı — 2020
"Hərbi xidmətlərə görə" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020

"Qubadlının azad olunmasına görə" medalı — 2020

Cavanşir Əhmədov Elxan oğlu 2001-ci il may ayının 6-sı Xırdalan şəhərində anadan olmuşdur.[1] 2007-ci ildə Xırdalan şəhərində yerləşən 1 nömrəli tam orta məkdəbində təhsil almağa başlamışdır. Hələ uşaq yaşlarından idmana böyük maraq göstərib: ağır atletika ilə məşqul olmuş və bir neçə uğura imza atmışdır. 2018-ci ildə, orta məktəbi bitirdikdən sonra, Bakı şəhərində yerləşən "Odlar Yurdu" Kollecinə daxil olub.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Cavanşir Əhmədov 8 iyul 2019-cu ildə təhsilini donduraraq, müddətli hərbi xidmətə yollanmışdır. Xidmətin bitməsinə 3 ay qalmış, 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır və Cavanşir Əhmədov müxtəlif istiqamətlərdə döyüşlərə qatılmışdır. Qubadlı, ZəngilanLaçın rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 2020-ci ilin 4 noyabr tarixində Laçın rayonunun Səfiyan kəndində vuruşmuşdur, hətta qolundan yaralansa belə, yarasını sarıyıb, yenidən döyüşə davam etmişdir. Yaralı olduğu halda, döyüş yoldaşına kömək etmək istəyərkən, güllə böyrək nahiyyəsinə tuş gəlmişdir və Cavanşir Əhmədov həlak olmuşdur. Cavanşir Əhmədovun nəşi 26 noyabr 2020-ci il tarixində ailəsinə təhvil verilmişdir və böyük izdihamla Bərdə rayonunun Alpoud kəndində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əhmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. 1 2 "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Laçının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". 29.12.2020. 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.