Nicat Şöhrət oğlu Tarıverdiyev (17 noyabr 1998, Bakı – 9 noyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nicat Tarıverdiyev | |
---|---|
Nicat Şöhrət oğlu Tarıverdiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 noyabr 1998(1998-11-17) |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 2020(2020-11-09) (21 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Qoşun növü | Quru qoşunları |
Rütbəsi | əsgər |
Döyüşlər | |
Təltifləri |
Tarıverdiyev Nicat 17 noyabr 1998-ci il tarixində Bakı şəhərində anadan olub. 132–134 saylı Təhsil Kompleksində tam orta təhsilini alıb. Kooperasiya Universitetində ali təhsilini tamamlayıb. Qaydasız döyüş üzrə ölkə və beynəlxalq yarışlarda qalib olub.[1]
Tarıverdiyev Nicat ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Tarıverdiyev Nicat 2020-ci il sentyabrın 27 — də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütüylüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ yüksəkliyi, Suqovuşan qəsəbəsi, Ağdam və Ağdərə rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.[2]
Tarıverdiyev Nicat Şöhrət oğlu 44 gün döyüş əməliyyatlarında iştirak edərək, qələbəyə saylı dəqiqələr qalmış 9 noyabr 2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Tarıverdiyev Nicat Şöhrət oğlu 16 noyabr 2020-ci il tarixində II Şəhidlər Xiyabanında dəfn olunub.[3]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Tarıverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Tarıverdiyev ölümündən sonra " Suqovuşanın azad olunmasına görə " ilə təltif edildi.[5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat Tarıverdiyev ölümündən sonra " Cəsur döyüşçü " medalları ilə təltif edildi.[6]