Əli Aydın oğlu Ələsov (8 yanvar 1995, Tatarlı, Goranboy rayonu – 6 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Əli Ələsov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 yanvar 1995(1995-01-08) |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 2020(2020-10-06) (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Əli Ələsov 1995-ci il yanvarın 8-də Goranboy rayonunun Tatarlı kəndində anadan olub. Ailəli idi. Bir qız övladı var.[1]
2012-ci ildə hazırda ləğv olunaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilmiş Azərbaycan Müəllimlər İnstitutunun təhsildə sosial-psixoloji xidmət ixtisasına qəbul olunmuş, 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetindən həmin ixtisas üzrə məzun olmuşdur.
Azərbaycan Ordusunun leytenantı olan Əli Ələsov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Ələsov oktyabrın 6-da Ağdərə istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 29.12.2020-ci il tarixində Goranboy rayonunda dəfn olunub.