Şahin Arif oğlu Bayramov (14 yanvar 1992, Gəncə – 1 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şahin Bayramov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | (28 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Gəncə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Arif Bayramov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2010 / 2018—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2022 20212021 |
Şahin Bayramov 14 yanvar 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur.[1] 1998–2009-cu illərdə Gəncə şəhər 21 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı.
O, 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Hərbi Komissarlığından müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Rusiya Federasiyasına köçmüş və bir müddət orada yaşamışdır.
Şahin Bayramov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun əsgəri olan Şahin Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahin Bayramov 1 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunda yerləşən Murov dağı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət tapılmayan nəşi 19 dekabr 2020-ci ildə tapılaraq Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Bayramov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şahin Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[4]