Fikrət Elşad oğlu Məmmədov (29 iyun 1997, Müsüslü, Ucar rayonu – 11 noyabr 2020[1], Şuşa rayonu) — Azərbaycanlı şəhid.
Fikrət Məmmədov | |
---|---|
Fikrət Elşad oğlu Məmmədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyun 1997(1997-06-29) |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 2020(2020-11-11)[1] (23 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Ucar rayonu,Müsüslü kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 |
Fikrət Məmmədov 19 iyul 1997-ci ildə Ucar rayonu Müsüslü kəndində anadan olub.[2]
2005-ci ildə Ucar rayonu Müsüslü kəndində 1-ci sinifə gedib. Göyçay rayonunda dini kursa da getməyə başlamışdı, amma müəyyən səbəblərdən kursu yarımçıq qoyub.
2015-ci il iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılan gənclərlə bərabər yola düşüb. Vətənə qulluğunu Füzuli rayonunda edib. 2017-ci ilin yanvar ayında hərbi xidmətini başa vuraraq, geri qaydıb.2020-ci il, sentyabrın 27-də Vətən Müharibəsi başlayır sentyabrın 29-da Ucar rayon hərbi komissarlığından birbaşa Füzuliyə yola düşür.
Oktyabrın 31-də 31 nəfər döyüş yoldaşı ilə Şuşa istiqamətində düşmənlə döyüşə girirlər. Elə həmin döyüşdə də şəhid olur.[3]