Kamal Babayev (əsgər)

Kamal Babayev (Kamal Eynulla oğlu Babayev; 27 may, 1991, İsmayıllı rayonu, Azərbaycan – 5 noyabr, 2020, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.[1]

Kamal Babayev
Kamal Eynulla oğlu Babayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İsmayıllı, Azərbaycan
Vəfat tarixi (29 yaşında)
Vəfat yeri Şuşa, Azərbaycan
Dəfn yeri İsmayıllı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2009-2011/2020
Rütbəsi Əsgər
Döyüşlər
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Şuşanın azad olunmasına görə" medalı — 2020

Kamal Babayev 27 may 1991-ci ildə İsmayıllı rayonunda anadan olmuşdur.[1] 1997-ci ildə İsmayıllı rayon Xanəgah kənd ümumi orta məktəbinin 1-ci sinfinə getmiş, ardınca orta təhsilini İsmayıllı rayonun 1 saylı məktəbində tamamlamışdır. 2008-ci ildə 11 illik təhsilini başa vurduqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis etdiyi təhsil müəssəsəsində sürücü ixtisasına yiyələnib. Subay idi.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Kamal Babayev 2009-cu il iyulun 8-i həqiqi hərbi xidmətə yollanıb․ "N" saylı hərbi hissədə xidmətini sürücü kimi davam etdirib․ 2 yanvar 2011-ci ildə hərbi xidmətini başa vurub․

İkinci Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun əsgəri olan Babayev Kamal, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Kamal Babayev noyabrın 5-də Şuşanın azad edilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamal Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kamal Babayev ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

  1. 1 2 "İkinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı" (az.). mod.gov.az. 18 YANVAR 2021. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.03.2021.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.