Yunis Rafik oğlu Surxayev (20 yanvar 2002; Şıxlar, Qobustan rayonu, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Yunis Surxayev | |
---|---|
Yunis Rafik oğlu Surxayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şıxlar, Qobustan rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Suqovuşan, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Lökbatan Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020, 2020, 2021, |
Yunis Surxayev 2002-ci il yanvarın 20-də Qobustan Qəsəbəsi Şıxlar Kəndində anadan olub. 223 saylı Qobustan tam orta məktəbində təhsil almışdır. 28 mart 2020-ci ildə hərbi xidmətə çağırılıb.[2][3]
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Yunis Surxayev Goranboy, Tərtər, Ağdərə və Suqovuşan istiqamətlərində döyüşüb. döyüslərində savaşıb. O, oktyabrın 13-də Talış Suqovuşan istiqamətində döyüşlərdə şəhid olub. Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.[4][5]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunis Surxayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[6]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunis Surxayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[7]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yunis Surxayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[8]