Nicat Aşur oğlu Xankişiyev (27 yanvar 1999, Həsənabad, Neftçala rayonu – 7 oktyabr 2020, Hadrut) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nicat Xankişiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 yanvar 1999(1999-01-27) |
Doğum yeri | |
Vəfat tarixi | 7 oktyabr 2020(2020-10-07) (21 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Suqovuşan • Xocavənd • Qubadlı • Hadrut |
Təltifləri | 2020 2020 2020 2020 2020 |
Nicat Xankişiyev 27 yanvar 1999-cu il tarixində Azərbaycanın Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuşdur. Atası Aşur traktor sürücüsü, anası isə Seyidnisə idi. O, daha 2 oğlan və 2 qızın olduğu ailənin ən kiçik uşağı idi. Xankişiyev 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbində 1-ci sinifə daxil olmuş, 2016-cı ildə həmən məktəbin məzunu olmuşdur.[1]
Nicat Xankişiyev 30 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətini Beyləqan rayonunda etmiş, 2018-ci ilin iyul ayında tərxis olmuşdur. Kəşfiyyatçı kimi xidmət etmiş Xankişiyev hərbi xidmətini təşəkkürnamə ilə başa vurmuşdur. Xankişiyev 21 sentyabr 2020-ci il tarixində cəbhəyə yollanmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Xankişiyev Füzuli, Cəbrayıl, Suqovuşan, Xocavənd, Qubadlı, Hadrut döyüşlərində yaxından iştirak etmişdir. Nicat Xankişiyev 7 oktyabr 2020-ci il tarixində Hadrut uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Nicat Xankişiyev anadan olduğu Həsənabad qəsəbəsində dəfn edilmişdir.[1]