Nicat Ziyafət oğlu Hüseynov (4 iyun 1997, Əli-Bayramlı – 11 oktyabr 2020, Füzuli rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi
Nicat Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyun 1997(1997-06-04) |
Doğum yeri | |
Vəfat tarixi | 11 oktyabr 2020(2020-10-11) (23 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | əsgər |
Döyüşlər |
Nicat Hüseynov. 4 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olmuşdu. O birinci sinfə N.Quliyev adına 9 saylı orta məktəbdə başlamış, 11-ci sinfi B.Aslanov adına 16 saylı orta məktəbdə başa vurmuşdur.
Nicat 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdı. O könüllü olaraq "Aprel döyüşləri"ndə iştirak etmək üçün arxa cəbhədən ön cəbhəyə seçilmiş 10 əsgərdən biri olmuşdu. Nicat qısa sürən döyüşlərdə yaxından iştirak etmiş və yüngül xəsarət almışdı. Hərbi xidmət zamanı snayperçi kursunu bitirmişdir. Nicat Hüseynov daim "Aprel döyüşləri" zamanı komandiri olmuş Murov qartalı şəhid polkovnik-leytenant Raqif Orucovu xatırlamış, əsgər yoldaşları ilə birlikdə bir gün onun qisasını düşməndən alacağına söz vermişdi.
Hərbi xidməti başa vurduqdan sonra Nicat Hüseynov Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Araz zavodunun Təhlükəsizlik və Müdafiə İdarəsində böyük atıcı işləmişdi.
Keçən ilin sentyabr ayında başlayan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün Nicat könüllü olaraq hərbi xidmətə yazıldı.29-sentyabr tarixində döyüşə yollanan Nicat evdən çıxarkən anasına "Şəhid olsam, ağlamayın, məni atamın bayrağına bükərsiniz" demişdi. Çünki torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşmək və şəhidlərin qisasını almaq onun uşaqlıq arzusu idi. Cəsarətli və az yaşı olmasına baxmayaraq, böyük hörmət sahibi olan bu gənc müqəddəs arzu uğrunda inamla irəli atıldı. Nicat müharibənin ilk günlərindən böyük şücaət göstərmiş ,bölük komandiri seçilmiş və əsgərlərini döyüşə ruhlandırmışdı.
Nicat Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək ağır döyüş şəraitində 15 yaralı əsgəri neytral zonadan təkbaşına çıxarmışdı. Və... 23 yaşlı Nicat Hüseynov 16-cı döyüş yoldaşını xilas edərkən qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı..
Nicat Hüseynovun nəşi 11 oktyabr tarixində Şirvan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.