Azad Novruz oğlu Abbasov (6 iyul 1977, Xanlar rayonu – 29 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Azad Abbasov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Göygöl rayonu, Azərbaycan |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | Murovdağ, Kəlbəcər rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Novruz Abbasov |
Təhsili | Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1995—2020 |
Rütbəsi | Kiçik çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2022 2021 2020 |
Azad Abbasov 6 iyul 1977-ci ildə Göygöl rayonunda anadan olmuşdur.[1] 1992-ci ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmiş, 1992-1995-ci illərdə təhsilini 2 saylı Peşə liseyində (indiki Gəncə Dövlət Sənaye və Texnologiyalar üzrə Peşə Təhsil Mərkəzi) davam etdirmişdir.
1995-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Azad Abbasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 29 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdü. Uzun müddət nəşi tapıla bilməyib. 19 dekabr 2020-ci ildə tapılan nəşi Gəncə Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azad Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Azad Abbasov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azad Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.[4]