Rauf Əsgərov (tam adı: Rauf Vaqif oğlu Əsgərov; 2 noyabr 1978; Gəncə, Azərbaycan — 28 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Rauf Əsgərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2006—2008 / 2020 |
Rütbəsi | Baş leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 |
Rauf Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub.[1] 1985-1996-cı illərdə Gəncə şəhərində İ. Nəsimi adına 44 nömrəli tam orta məktəbdə təhsil alıb. 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qalıb.
Rauf Əsgərov 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun baş leytenantı olan Rauf Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rauf Əsgərov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rauf Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]