Vüsal Tahir oğlu Quliyev (5 iyun 1985; Lənkəran, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.
Vüsal Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 iyun 1985 |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2020 (35 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Tahir Quliyev |
Anası | Gülparə Quliyeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2003–2020 |
Rütbəsi | Kapitan |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Təltifləri |
Vüsal Quliyev 5 iyun 1985-ci ildə Lənkəran şəhərində Tahir Quliyev və Gülparə Quliyevanın ailəsində anadan olmuşdur.[1] 1991–2002-ci illərdə Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada orta təhsil almışdır. 2002–2006-cı illərdə Heydər Əliyev adına Hərbi İnstitutda ali hərbi təhsil almışdır. Sonra bir müddət "Zabit ixtisaslaşdırma kursu"ndan keçmişdir. Fərqanə Quliyeva ilə ailəli idi, Ruqəyya, Məryəm və Hüseynəli adlı övladları yadigar qaldı.
2007-ci ildə ixtisaslaşdırma kursunu başa vuran Vüsal Quliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissələrdən birində "leytenant" rütbəsində, taqım komandiri kimi hərbi vəzifəsinə başlamışdır. 2009-cu ildə Ağstafada "baş leytenant" rütbəsində batareya komandiri kimi xidmət edən Vüsal Quliyev 2013-cü ildə "kapitan" rütbəsi alaraq hərbi xidmətini Ağcabədidə davam etdirmişdir. 2016-cı ildə Beyləqanda qoşun xidmət rəisinin müavini, 2019-cu ildə Goranboy rayonunun Goran qəsəbəsində və son olaraq 2020-ci ildə Tərtər rayonunda kəşfiyyat rəisinin müavini olaraq xidmət etmişdir. Hərbi xidmət müddətində fərqləndiyinə görə dəfələrlə medal, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.
Azərbaycan Ordusunun kapitanı olan Vüsal Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Quliyev 28 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Lənkəran şəhərində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Quliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Quliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[5]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Quliyev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[6]