İqbal Babayev (əsgər)

İqbal Zəki oğlu Babayev (10 sentyabr 1995, Xətai rayonu25 oktyabr 2020[1], Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.

İqbal Babayev
İqbal Zəki oğlu Babayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Xətai rayonu, Azərbaycan
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Füzuli Rayonu Seyidəhmədli kəndi
Dəfn yeri Qəbələ rayonu
Dəfn tarixi 28.10.2020
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Zəki Babayev
Anası Ülviyyə Babayeva
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi, Cəbrayıl və Hadrutun azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Füzulinin azad olunmasına görə" medalı — 2020

Babayev İqbal Zəki oğlu 10 sentyabr 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, 2002–2013-cü illərdə Bakı şəhəri 257 saylı orta məktəbində təhsil alaraq həmin məktəbi bitirmişdir. İqbal 2013-cü ildə Xəzər Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuş, daha sonra 2015-ci ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının iqtisadiyyat fakültəsində təhsilini davam etdirərək, 2018-ci ildə Akademiyanı iqtisadçı ixtisası üzrə bitirmişdir. İqbal 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayına kimi Naxçıvanda müdddətli hərbi xidmətdə olmuş və Vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə müraciətindən sonra İqbal 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq hərbi təlimlərə qatılmış, müharibənin başlandığı ilk gündə, 27 senytarb 2020-ci il tarixdə döyüş bölgəsinə yola düşmüşdür. İqbal Babayev Füzuli, Cəbrayıl və Xocavəndin işğalçılardan azad edilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmiş, 25 oktyabr 2020-ci il tarixdə Füzuli şəhərinin və rayonun Seyidəhmədli kəndinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İqbal Babayev 28 oktyabr 2020-ci il tarixdə dədə-baba yurdu olan Qəbələ şəhərində torpağa tapşırılmışdır

Uzun müddət idarəetmə orqanlarında dövlət qulluqçusu kimi, həmçinin təhsil sahəsində çalışmış Babayev Baba Davud oğlunun və ikinci Dünya müharibəsi veteranı, Azərbaycan SSR Ali Sovetinin V və VI çağırış deputatı, Sosialist əməyi qəhrəmanı Əlimirzəyev Əşrəf Oruc oğlunun nəvəsidir.[2] Atası Babayev Zəki Baba oğlu Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimidir.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

İqbal Babayev 2018-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılıb. 2018–2019-cu illərdə Naxçıvanda "N" saylı hərbi hissədə xidmət edib.

İkinci Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun əsgəri olan İqbal Babayev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. İqbal Babayev 25 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İqbal Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İqbal Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

  1. http://khatai-ih.gov.az/az/news/xetai-rayonunda-veten-muharibesi-sehidi-babayev-iqbal-zeki-oglunun-xatiresi-anilib.html#gallery-3.
  2. "Tarix yazan igid qəhrəmanlarımız". aqreqator.az (az.). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  3. "Arxivlənmiş surət". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-08.
  4. "Arxivlənmiş surət". 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-08.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Arxivlənmiş surət". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-08.