Turan Vidadi oğlu Şərifov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Turan Şərifov | |
---|---|
Turan Vidadi oğlu Şərifov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Laçın, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Turan Vidadi oğlu Şərifov 20 iyun 2001-ci ildə Bakı şəhərində dünyaya göz açmışdı.
135 nömrəli Əliağa Şıxlinski adına tam orta məktəbdə orta təhsilini almışdı. Beynəlxalq Çerkass Dövlət Texnologiya Universitetinin 1-ci kurs tələbəsi və ixtisasca iqtisadçı idi. Turan həm xanəndə həm də musiqiçi idi. Gitara, saz, tar, piano, balaban, qaval kimi musiqi alətlərini tam düzgün və sərbəst ifa edirdi. İlk oxuduğu mahnı "Sarı gəlin" və "Qarabağ şikəstəsi" idi. Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbini bitirib. 23 aprel 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Füzuli rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin "Xanəndəlik" ixtisası üzrə keçirilən müsabiqədə iştirakına görə "Fəxri Fərman"la təltif edilib. 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi Rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən "Azərbaycan səninlədir — sənsiz deyil" dördüncü yaradıcılıq festivalında iştirak edib. İştirakına görə də "Fəxri Fərman"la təltif olunub. Turan həm xanəndə də musiqiçi idi. Gitara, saz, tar, piano, balaban, qaval kimi musiqi alətlərini tam düzgün və sərbəst ifa edirdi. İlk oxuduğu mahnı "Sarı gəlin" və "Qarabağ şikəstəsi" idi. Füzuli şəhər 2 nömrəli uşaq incəsənət məktəbini bitirib. 23 aprel 2013-cü ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Füzuli rayon uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin "Xanəndəlik" ixtisası üzrə keçirilən müsabiqədə iştirakına görə "Fəxri Fərman"la təltif edilib. 2014-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Binəqədi Rayon orta ümumtəhsil məktəbləri arasında keçirilən "Azərbaycan səninlədir — sənsiz deyil" dördüncü yaradıcılıq festivalında iştirak edib. İştirakına görə də "Fəxri Fərman"la təltif olunub.
Şərifov Turan Gəncə şəhəri "N" saylı hərbi hissədə əsgər idi. 27 sentyabr 2020-ci ildə müharibənin ilk günündən döyüşlərdə fəal iştirak edib. Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan şəhərləri istiqamətində 40 gün və son olaraq 5 noyabr 2020-ci ildə Laçın şəhərində qəhrəmancasına döyüşərkən şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid əsgər Turan Vidadi oğlu Şərifov "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.[1]