Cavid Natiq oğlu Hüseynov (3 aprel 2001, Tovuz – 31 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Cavid Hüseynov | |
---|---|
Cavid Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 aprel 2001(2001-04-03) |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 2020(2020-10-31) (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | azərbaycanlı |
Atası | Natiq Hüseynov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 202020212020 |
Cavid Hüseynov 2001-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub.[1] 2007–2016-cı illərdə Tovuz şəhərində N. Tusi adına Təbiət və Texniki təmayüllü məktəb-liseydə, 2016–2018-ci illərdə M. Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb.[2] Cavid Hüseynov peşəkar idmanla maraqlanıb. 2018-ci ildə Taekvondo üzrə gənclər arasında Respublika çempionu olub.[3] Subay idi.
Cavid Hüseynov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Cavid Hüseynov oktyabrın 31-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz şəhərində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamı ilə Cavid Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.[5]
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Cavid Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.[6]