Tural Əliyev (əsgər)

Tural Arif oğlu Əliyev, Azərbaycanlı əsgər .

Tural Əiyev
Tural Əliyev Arif Oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Beylaqan rayonu ( Təzəkənd kəndi)
Vəfat tarixi (29 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Arif
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Hərbi hissə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmətində
Xidmət illəri 2009-2011
Rütbəsi kiçik çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
Təltifləri "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə " medalla təltif görülüb

Əliyev Tural Arif oğlu 1991-ci il yanvarın 18-də Beyləqan rayonunun Təzəkənd kəndində dünyaya ğöz açmışdır.2009-cu ildə Əliheydər Məmmədov adına Təzəkənd kənd tam orta məktəbin 11-ci sinifini bitirmişdir . Orta məktəbi bitirdikdən sonra Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çagırılan Tural Silahlı Qüvvələrin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. 2011-ci ildə həqiqi hərbi xidmətini başa vurub geri dönən qəhrəmanımız 2012 - ci ildə sənədlərini "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı " kursuna vermişdir. Peşəkar yararlılığı müsbət qiymətləndirilən Turalın adı namizədlər siyahısına daxil edilmiş və növbəti qəbul zamanı kursa göndərilmişdir. Kursu müvəffəqiyyətlə başa vuraraq Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətə başlamış və manqa komandiri kimi fəaliyyət ğöstərmişdir . Burada müəyyən müddət xidmət etdikdən sonra Füzuli rayonunun Şükürbəyli kəndində yerləşən "N" saylı hərbi hissədə post komandiri kimi xidmətini davam etdirmişdir. O, hərb tariximizə 44 günlük müharibə kimi düşmüş Aprel döyüşlərinin də fəal iştirakçısı olmuşdur . Lələtəpə yüksəkliyinin işğaldan azad olunmasına görə fəxri fərmanla təltif olunmuşdur.

İkinci Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

2020-ci il sentyabr ayının 27-də başlayan və hər birimizin yaddaşında İkinci Qarabağ müharibəsi kimi qalan müharibədə tarix yazan igidlərimizdən biri olan Tural döyüşlərə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətindən qatılmışdır. o,irəliləyən günlərdə Cəbrayıl ,Qubadlı ,Hadrut, Xocavənd və Şuşakənd uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş,Füzuli şəhərinə ilk daxil olan hərbşçilərimizdən olmuşdur . Noyabrın 2-si Şuşakənddə yaralanan Tural Hadruta hospitala göndərilmişdir. Hospitalda tibbi yardım maşını düşmən artilleriyası tərəfindən atəşə tutulmuşdur. Şəhidimizin döyüş yoldaşları bildirdilər ki, o ,hər zaman əsgərlərinin qayğısına qalmış, onlara yüksək ruh vermişdir.Azuqələri bitdikdə isə işgaldan azad olunan evlərdən qidalanmaq üçün nələrsə tapıb gətirirmiş, əsgərlərinə daim qayğı ilə yanaşan hərbçimiz son döyüşündə də yaralıların həyatını xilas etmişdir .Özü yaralı olsa da, hospitala getməkdən imtina edib digər yaralıların döyüş meydanından çıxarılmasına kömək etmişdir. Tural yalnız sonuncu döyüş yoldaşını daha təhlükəsiz əraziyə çatdırdıqdan sonra hospitala getməyə razı olmuşdur. Noyabrın 2-də Qırmızı Bazar istiqamətində şəhid olan Turalın nəşi ailəsinə 43 gün sonra - dekabrın 15-də təhvil verilmişdir.Həmin gün doğma kəndində özündən əvvəl şəhid olan qardaşlarının yanında torpağa tapşırılmışdır. Şəhidimiz ailəli idi. Onun Abbas və Tuncay adlı iki oğluvar. İgidliyi və cəsurluğu ilə fərqlənən kiçik çavuş Əliyev Tural Arif oğlu ölümündən sonra - iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə - Azərbaycan Respublikasının Prezdenti , Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə "və "Xocavəndin azad olunmasına görə " medalları ilə təltif edilmişdir.

"Füzulinin azad olunmasına görə" medala təltif görülüb [1] "Xocavəndin azad olunmasına görə " medalla təltif görülüb [2]

  1. "Arxivlənmiş surət". 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-01.
  2. "Arxivlənmiş surət". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-09.