Yusif Məmmədov (tam adı: Yusif Vaqif oğlu Məmmədov; 16 yanvar 1995; Yevlax, Azərbaycan — 26 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Yusif Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yevlax, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 |
Yusif Məmmədov 1995-ci il yanvarın 16-da Yevlax şəhərində anadan olmuşdur.[1]
2016-cı ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirərək hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətini Murovdağda başa vurmuşdur. 2020-ci il sentyabrın 28-də İkinci Qarabağ müharibəsində iştirak etmək üçün Ağcabədidəki hərbi xidmətə yollanmışdır. Füzulinin Şükürbəyli və digər kəndlərinin düşmən işğalından azad edilməsində ön cəbhədə iştirak etmişdir. 2020-ci il oktyabrın 26-da Veysəlli kəndində yerləşən 102-ci erməni postunun ələ keçirilməsində iştirak etmiş, Azərbaycan bayrağını posta sancıb dalğalandırmış və düşmənin ağır artilleriya atəşi nəticəsində qəlpə yarası ilə həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmmədov Yusif Vaqif oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]