Yusif Nadir oğlu Nəcəfov (14 oktyabr 2001, Yasamal rayonu – 13 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Yusif Nəcəfov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 oktyabr 2001(2001-10-14) |
Doğum yeri | |
Vəfat tarixi | 13 oktyabr 2020(2020-10-13) (18 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2020 |
Yusif Nəcəfov 14 oktyabr 2001-ci ildə Yasamal rayonunda doğulub.[1]
52 nömrəli tam orta məktəbi bitirib.
5-6 il cüdo idman növü ilə məşğul olub. İran, Türkiyə Gürcüstan və Azərbaycanın şəhərlərində keçirilən çoxsaylı idman yarışlarının iştirakçısı olub, nailiyyətlər əldə edib.[2]
Yusif Nəcəfov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində hərbi xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Yusif Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb.
2020-ci il oktyabrın 1-i cəbhədə yaralanıb daha sonra 12 gün müalicə alıb, ardınca 13-cü gün təkrar döyüşə qayıdıb elə həmin gün də cəbhənin Kəlbəcər rayonu istiqamətində şəhidliyə ucalıb.
Yusif Nəcəfov 2020-ci il oktyabrın 13-də Murovdağ uğrunda döyüşlər zamanı şəhid olub.
Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Nəcəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]