Cavid Şaban oğlu Əliyev (10 may 1996, Almalıtala, Tovuz rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Cavid Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tovuz, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2014—2016 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
![]() |
Cavid Əliyev 1996-cı il mayın 10-da Tovuz rayonunun Almalıtala kəndində anadan olub.[1] 2002–2013-cü illərdə Tovuz rayonunun Almalıtala kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin "Vergi işi" ixtisasına daxil olub. 1 il təhsil aldıqdan sonra 2014-cü ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanır. Subay idi.
Cavid Əliyev 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Azərbaycan Ordusu sıralarından tərxis olunduğdan sonra təhsilini başa vurub, daha sonra isə inşaat sahəsində çalışıb.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün İkinci Qarabağ müharibəsi başlananda, Cavid Əliyev SHXÇDX-yə müraciət edib və müharibəyə yollanıb. Snayper olan və onlarla erməni hərbçini öldürən Cavid Əliyev, noyabrın 9-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Noyabrın 16-da Tovuz rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]