Naiq Faiq oğlu Ələkbərov (8 avqust 1994; Bağırlı, Şamaxı — 9 oktyabr 2020; Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Naiq Ələkbərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bağırlı, Şamaxı, Azərbaycan |
Vəfat tarixi | (26 yaşında) |
Vəfat yeri | Cəbrayıl, Azərbaycan |
Dəfn yeri | Şamaxı Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2012—2020 |
Rütbəsi | Gizir |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri |
Naiq Ələkbərov 1994-cü il avqustun 8-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub.[1] 2000-2011-ci illərdə F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbində, 2012-2014-cü illərdə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “feldşer” ixtisası üzrə təhsil alıb. Ailəli idi. İki qızı, bir oğlu yadigar qaldı.
Naiq Ələkbərov 2014-2015-ci illərdə “gizir” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində feldşer kimi xidmət edib.
2015-ci ildən etibarən kurslardan keçərək Xüsusi Təyinatlı Qüvvələrin cərgələrinə qoşulub.
2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlər zamanı Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib.
Azərbaycan Ordusunun giziri olan Naiq Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Naiq Ələkbərov oktyabrın 9-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Naiq Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Naiq Ələkbərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Naiq Ələkbərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Naiq Ələkbərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]